İtaliya nəhəngi Mario Balotellidən imtina etdi

İtaliya nəhəngi Mario Balotellidən imtina etdi
16:17 11 Yanvar 2015
165 İdman
Ölkə mətbuatı
A- A+

Mario Balotelli "Juventus"a təklif olunsa da, Turin klubu hücumçunu almaqdan imtina edib. Bu barədə "Tuttosport" məlumat yayıb. Goal.az xəbər verir ki, Balotellinin agenti Mino Rayola forvardı 6 aylıq icarəyə götürmək üçün "Qoca sinyora" rəhbərliyinə müraciət edib və rədd cavabı alıb.

"Mario ilə birlikdə "Milan"da çalışmışam. O, futboldan kənarda özünəməxsus obraz formalaşdırıb və daha çox meydandan kənardakı hərəkətləri ilə yadda qalır. Balotellinin gözəl oyunçu keyfiyyətləri var. O, yalnız bəzi şeyləri qurban verməklə özünə kömək edə bilər. Balotellinin "Juventus"a gəlməsi? Mən həmişə istedadlı futbolçularla işləməyi sevmişəm. Amma Mario indi "Liverpool"da əhəmiyyətli oyunçu olmaq barədə düşünməlidir", - Turin klubunun baş məşqçisi Massimliano Alleqri dünən baş tutan mətbuat konfransında deyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR