Fransadakı teraktda şübhəli bilinənlər sərbəst buraxılıblar

Fransadakı teraktda şübhəli bilinənlər sərbəst buraxılıblar
16:52 11 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada baş vermiş terror hadisələri ilə bağlı şübhəli şəxs qismində saxlanılmış 5 nəfər sərbəst buraxılıb.
 
APA-nın xəbərinə görə, bununla bağlı Paris prokurorluğu məlumat yayıb.
 
Məlumata görə, “Charlie Hebdo”ya edilən hücum, bir qadın polisin öldürüldüyü hadisə, həmçinin mağaza və mətbəəyə olan basqınlarla bağlı 5 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onların ifadələri alındıqdan sonra ötən gecə sərbəst buraxılıblar. Hazırda baş vermiş terror hadisələri ilə bağlı saxlanılan yoxdur.
 
Qeyd edək ki, 17 nəfərin ölümü ilə nəticələnmiş hadisələri törədən Səid və Şərif Kuaşi qardaşları, həmçinin Amedi Kulibali polis tərəfindən həyata keçirilən əməliyyatla məhv ediliblər.
 
A. Kulibalinin həyat yoldaşı Heyat Boumeddienenin axtarışları isə davam edir. Onun bu il yanvarın 2-də Türkiyəyə gəldiyi bildirilsə də, hazırda Suriyada olduğu ehtimal edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR