Moskvada əməliyyat: azərbaycanlılar həbs edildi

Moskvada əməliyyat: azərbaycanlılar həbs edildi
17:59 11 Yanvar 2015
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya polisi Moskva ətrafındakı Lobne qəsəbəsində mağazadan kassa aparatını və satıcı qadının qızıl boyunbağısını zorla alıb qaçan 5 nəfərdən ibarət banda üzvlərinin 3-nü silah gücünə yaxalaya bilib. Polis onları atəş açmaqla zərərsizləşdirib.

Virtualaz.org saytı xəbər verir ki, Rusiya DİN mətbuat mərkəzindən “İnterfax”a verilən məlumata görə, yanvarın 9-da Bukinskoye şossesindəki mağazaya basqın edən 5 nəfərdən ibarət maskalı qrup dükanı və satıcını qarət edəndən sonra “Mitsubishi” markalı avtomobillə hadisə yerindən qaçmağa çalışıb.

Lakin şahidlər buna qədər polis çağırmağa macal tapıbmışlar. Bıçaq və tapançalarla silahlanmış banda üzvləri ilə polis arasında atışma olub. Maskalılardan biri polisə silah çəkib. Lakin polislər daha çevik tərpənərək atəş açıb və banda üzvlərini zərərsizləşdirə biliblər. Nəticədə üç nəfər tutulub, daha iki nəfər isə qaçıb. Tutulanların üçü də Azərbaycan vətəndaşlarıdır. Adları açıqlanmayan bu şəxslərin maşınından digər soyuq silahlar, habelə gürz, ling də çıxıb. İnsident zamanı yaralanan olmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190019

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR