Sıla Ahmet Kuralla ayrıldıqdan sonra Dilan Çiçek Denizin keçmiş sevgilisi Okan Can Yantırla görüntülənib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə gecə saatlarında restoranlardan birindən çıxarkən fotokameralara tuş gəliblər.

Fotoqrafları qarşısında görən Sıla təəccübünü gizlədə bilməyib. O, sualları cavablandırmaqdan qaçıb. Sıla və Okan avtomobilə oturaraq hadisə yerindən uzaqlaşmağa çalışıb.

Milli.Az