Quzu ətindən baha bitki - düzənlikdən yığılır

Heç bir qulluq tələb etmir, təbii şəraitdə düzənlik ərazilərdə yetişir. Yaz yağışı isə ona can verir.

Goranboyda torpağın müəyyən dərinliyində yetişən tryufel bitkisinin yığımı aparılır.

Göbələyin bir növü olan bitkini yerli sakinlər dombalan adlandırırlar. Səbəb isə onun tam yetişdikdən sonra torpağı şişkin göstərməsidir. Yaz yağışlarının ardından çıxan bitki əllə yığılır. Tryufel Goranboyda Rəhimli və Veyisli kəndlərinin ərazisində daha çox yetişir. Yerli sakinlərin sözlərinə görə, bitkinin yığımı dekabrdan may ayına qədər davam edir.

Şəkər və qan-damar xəstəliklərinin dərmanı hesab edilən bitkinin yığımı o qədər də asan deyil. Elə bu səbəbdən tryufelin qiyməti də yüksəkdir. Yerli sakinlər dombalanın quzu ətindən baha olduğunu deyirlər. Göbələkdən çox kartofa bənzəyən bitkidən müxtəlif təamlar hazırlanır.

Tryufel daha çox İspaniya, İtaliya və Fransada məşhurdur. Hətta XV əsrdə dombalanın rahat tapılıb yığılması üçün müxtəlif heyvanlar da əhliləşdirlirmiş. //Xezerxeber



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR