Futbolçu Arda Turanın ötən gün sosial şəbəkədə paylaşdığı foto böyük səs-küy yaradıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, həyat yoldaşı Aslıhan Doğana ayaqlarını yudurdarkən çəkilmiş fotosunu paylaşan futbolçu buna görə qınaq obyektinə çevrilmişdi. Bu isə Ardanı açıqlama vermək məcburiyyətində qoyub. Turan heç də hər şeyin şəkildə göründüyü kimi olmadığını deyib:
"Baxdığımızı nə vaxtdan görməyən olmuşuq? Nə ayaq yudurtması? Allah ağıl versin. Xanımıma fizoterapevtim deyirəm, ayaqlarım da buz vedrəsindədir. Adam "Allah şəfa versin" deyər".
Milli.Az