Azərbaycanın U-19 millisi Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə çıxışını başa vurub.
ANS PRESS-in məlumatına görə, turnirdə V yer uğrunda görüşdə Nikolay Adamın komandası Belarus millisi ilə qarşılaşıb.
Matçın əsas vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında isə komandamız 6:5 hesabı ilə qalib gələrək turniri 5-ci pillədə başa vurub.
11 yanvar
5-ci yer uğrunda oyun
15:30. Azərbaycan - Belarus - 1:1 (Penaltilər: 6:5)
Qollar: Ruslan Sadiqov, 22-pen. (1:0), Roman Kazençuk, 66 (1:1)