Mən münafiqəmmi?

Mən münafiqəmmi?
20:17 11 Yanvar 2015
172 Sosial
Ölkə mətbuatı
A- A+

Münafiq zahirdə müsəlman kimi görünməyə çalışan, gerçəkdə isə həqiqəti inkar edənlərlə birlikdə olandır.

Çox ağır addır münafiq adı. Kafir plov içindəki qara daş kimidir, qaşığına çıxan kimi görürsən və götürüb atırsan. Münafiq isə düyüyə qarışmış ağ daş kimidir, qara daşdan daha təhlükəlidir. Çünki seçilmir, görə bilmirsən, dişini qırmaq ehtimalı çox yüksəkdir.

Əgər insan artıq arxayınlaşdısa, Allahın rizasını qazandığına əmin oldusa, özünü öləndən sonra cənnətin yüksək mərtəbəsində gördüsə, demək, onun çöküşü başlayıb. Bizə belə əmr olunur: hər gün yuxudan yeni doğulmuş insan kimi oyanacaqsan. Dünənindəki bütün savabları unudacaq və qarşıdakı işlərinə baxacaqsan. Hər gün bir addım irəli atmağa çalışacaqsan, hər gün nəyi isə qazanıb paylaşmaq üçün çırpınacaqsan, amma hər gördüyün iş də halallıq çərçivəsində olacaq.

Bizə belə də əmr olunub: günahın nə olursa olsun, içindən gələn səmimi bir tövbə sənin qurtuluşuna qapı aça bilər. Tövbə Allah-Təalanın biz bəndələrinə elə böyük bir lütfü, mərhəmətidir ki, o qapıdan keçməyənin, keçmək istəməyənin və ya keçə bilməyənin halına min yol yazıqlar olsun! Halın nə olursa-olsun, Allah-Təalanın mərhəmətindən ümid kəsilməz. Ümidsiz olan şeytandır. Ümidini itirən şeytanın yoldaşıdır. Şeytana yoldaş olmağı ağlı başında olan kimsə arzulamaz.

İnsan arxayınlıq xəstəliyinə tutuldusa, tənəzzülə də uğrayar, münafiq də olar. Amma insanın münafiq olmamasını göstərən bir test üsulu var: insan hər gün özünü “mən münafiqəmmi?” deyib hesab-kitaba çəkirsə, demək, o, münafiq deyil. Münafiq olmamağın əsas əlaməti münafiq olmaqdan qorxmaq və o uçuruma düşməməyə çalışmaqdır, nə qədər savabın, xeyir əməllərin olsa belə.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318139.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR