Məzahir Pənahov şikayətlərdən danışdı

Məzahir Pənahov şikayətlərdən danışdı
20:31 11 Yanvar 2015
187 Ölkə
Ölkə mətbuatı
A- A+

“Kimsə müraciətində götürüb ümumi şəkildə nəsə yazırsa, belə müraciətlərə məhəl qoymağa ehtiyac yoxdur, şikayətlər konkret faktlara əsaslanmalıdır”.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.

M. Pənahov deyib ki, Avropada insanlar seçki prinsiplərini özlərinin standartlarına çeviriblər, onlar seçki məntəqəsində seçkinin nəticəsinə təsir göstərməyəcək hər hansı hərəkətə diqqət yetirmirlər: “Biz də bununla bağlı maarifləndirmə işi aparmalıyıq”

M. Pənahov bildirib ki, aşağı seçki komissiyasının üzvlərini də bununla bağlı maarifləndirilməli, onlara diqqət etməli olduqları nüanslar daha dəqiq öyrədilməlidir.

Seçki komissiyalarının üzvlərinin, müşahidəçilərin, seçicilərin səsvermə prosesində məsuliyyətli olmasını zəruri sayan MSK sədri onu da vurğulayıb ki, müəyyən yerlərdə seçkilərə kölgə salmaq halları hiss olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=319043

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR