Belçikada bir neçə terror aktının qarşısı alınıb

Belçikada bir neçə terror aktının qarşısı alınıb
20:53 11 Yanvar 2015
149 Dünya
Ölkə mətbuatı
A- A+

Belçika ərazisində bir neçə terror hücumlarının qarşısı alındı. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Belçikanın ədliyyə naziri Koen Qins bildirib.

"Biz (hakimiyyət) hücumların qarşısını aldıq, bu barədə mən çox deyə bilmərəm", - Qins bildirib.

Belçika daxili işlər naziri Jan Jambon ölkələrin terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində xarici yaraqlıların vahid avropa siyahısının yaradılmasının zəruriliyi barədə bazar günü bəyan edib.

DİN rəhbəri bundan öncə bəyan edib ki, Belçikada son vaxtlar terror aktlarının qarşısı alınmayıb. Bu zaman Jambon terror təhlükəsi riskini qeyd edib. Qonşu Fransada baş vermiş terror aktlarına baxmayaraq, Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318494.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR