Bu gün axşam saatlarında Siyəzən rayonunda bədbəxt hadisə baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Şabran rayonu, Çuxurzəmi kənd sakini, 1973-cü il təvəllüdlü Babayev Fərman Əliağa oğlunu elektrik cərəyanı vurub.
Elektrik dirəyindən yerə yıxılan F. Babayev müxtəlif dərəcəli sınıq xəsarətləri də alıb. O, Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az