İngiltərənin "Stok Siti" klubunun ulduzu, premyer-liqanın ən ucaboylu futbolçusu Piter Krauç ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində istirahət edir.
Milli.Az The Sun-a istinadən bildirir ki, 37 yaşlı Krauç və onun xanımı, 32 yaşlı model Ebbi Klensi övladları ilə birlikdə Dubaydakı "Le Royal Meridien Beach Resort" otelinin çimərliyində olarkən reportyorların kameralarından yayına bilməyiblər.
Piter və Ebbinin üç övladı (7 yaşlı Sofiya Rubi, 3 yaşlı Liberti Rous və 4 aylıq Con) ilə birlikdə Dubayda 6 günlük istirahəti seçiblər.
Milli.Az