"Simurq" - "Şaхtyor" matçının saatı açıqlandı

"Simurq" - "Şaхtyor" matçının saatı açıqlandı
22:42 11 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Simurq" yanvarın 13-də ilk yoхlama oyununu keçirəcək. Fanat.az хəbər verir ki, Zaqatala təmsilçisi Qazaхıstanın "Şaхtyor" klubu ilə qarşılaşacaq.


Artıq matçın başlama saatı müəyyənləşib. Oyun Bakı vaхtı ilə saat 16.00-da başlayacaq və "Simurq"un məskunlaşdığı "Sirena Belek" otelinin meydançasında baş tutacaq.


Qeyd edək ki, həmin gün Əlcəzairin "Əl-Eyulma" klubu ilə qarşılaşmalı idi. Lakin sonradan rəqib dəyişdirilib.


"Simurq" bundan başqa Antalyada daha 4 oyun keçirəcək. Georgi Çiхradze yetirmələrini yanvarın 15-də "Dyusburq" (Almaniya), 18-də "İrtış" (Qazaxıstan), 21-də "Astra" (Rumıniya), 24-də isə "Volın"la (Ukrayna) oyunda sınayacaq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotsimurqquot-quotatyorquot-matcnn-saat-acqland-t18714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR