Həzrəti Əlinin üzüyü

Həzrəti Əlinin üzüyü
23:37 11 Yanvar 2015
252 Sosial
Ölkə mətbuatı
A- A+

Mədinədə, Peyğəmbərin məscidində müsəlmanlar ibadət edirdilər. Həzrəti Əli də bir tərəfdə namaz qılırdı.

Bu zaman ehtiyac içində olan birisi məscidə girərək, müsəlmanlara əl açır və yardım istəyir. İstədiyini ala bilməyən dilənçi bu dəfə də əlini Allaha açaraq şikayət edir: Allahım, Özün şahid ol ki, Sənin Rəsulunun məscidində diləndim, amma kimsə mənə bir şey vermədi.

Həzrəti Əli namazda rüku halında idi və dilənçinin bu şikayətini eşidib, çeçələ barmağını ona tərəf uzatdı. Dilənçi də üzüyü onun barmağından çıxarıb məmnun halda məsciddən çıxdı.

Görənlər deyirlər ki, elə həmin andaca Həzrəti Cəbrayıl (ə.s.) gəldi və “Oxu!” deyərək “Maidə” surəsinin 55-ci ayəsini Allah Rəsuluna (s.ə.s.) verdi.

Ayədə deyilir: “Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir, o kəslər ki, (Allaha) namaz qılır və rükuda olduqları halda zəkat verirlər”.

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR