Mozambikdə cənazə mərasimində pivə içən 52 nəfər dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, hadisə səbəbindən 51 nəfər xəstəxanaya çatdırılıb, daha 146 nəfər isə ambulator müayinə üçün həkimə müraciət edib.
Səhiyyə rəsmiləri zəhərlənmənin pivəyə qarışdırılmış timsah ödü səbəbindən baş verdiyini güman edir.
Artıq xəstələrdən götürülmüş qan və pivə nümunələri araşdırılmaq üçün paytaxt Maputuya göndərilib.
Pivəni hazırlayan qadının da zəhərlənmə nəticəsində dünyasını dəyişdiyi bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.