AirAsia təyyarəsinin qara qutusu aşkarlandı

AirAsia təyyarəsinin qara qutusu aşkarlandı
04:16 12 Yanvar 2015
229 Dünya
Ölkə mətbuatı
A- A+

İndoneziya rəsmiləri "AirAsia" təyyarəsinin qara qutusundan yeni siqnallar əldə edildiyini bildirib. ANS PRESS-in məlumatına görə, qara qutunun təyyarənin qalıqları arasında ilişib qaldığına inanılır.

Dünən təyyarənin arxa hissəsinin Yava dənizindən çıxarılmasına baxmayaraq, qara qutu tapılmamışdı. Səs və uçuş məlumatını toplayan qara qutu təyyarənin arxa hissəsində yerləşir.

Qutunun aşkarlanması dekabrın 28-də 162 şərnişinli təyyarənin qəzasının səbəbinin müəyyən edilməsi üçün əsas faktordur.

Axtarış komandaları cümə günü 30 mertlik dərinlikdən qara qutunun siqnallarını almışdı.

Airbus 320 Yava dənizinin şimalında radardan itmişdi. Surabayadan Sinqapura istiqamət alan təyyarənin şərnişinlərinin yalnız 48-nin cəsədi aşkar edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=319072

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR