Prezident qızının selfisi interneti "partlatdı" (FOTO, VİDEO)

Prezident qızının selfisi interneti "partlatdı" (FOTO, VİDEO)
05:01 12 Yanvar 2015
304 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Barak Obamanın qızı Malia Obamanın selfisinin internetdə yayılması növbəti qalmaqala start verib.

ANS PRESS-in məlumatına görə, Maliyanın Ağ evdə çəkdiyi şəklin daha bir qalmaqallı məqamı isə yeniyetmə qızın əynindəki maykadır.

Maykanın üzrəində Pro Era qrupunun loqosu var. Şəkli ilk yayan da və qalmaqalı başladan da məhz elə bu qrupdur. Pro Era-nın İnstagram səhifəsində şəkil qoyulan kimi tvitterdə yayılmağa başlayıb.

Qrupun nümayəndələri şəkli yaxın dostlarından aldıqlarını bildirsələr də, rəsmi ağ ev bununla kifayətlənmir.

Hazırda şəkilə görə Ağ ev rəsmi istintaqa başlayıb. Prezident iqamətgahı şəkilin yayılması ilə əlaqədar olaraq prezident qızının təhlükəsizliyində problemlər ola biləcəyindən narahatdır.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319076

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR