Mətbəx sirləri: Qaraciyər "pirojnaları"

Mətbəx sirləri: Qaraciyər "pirojnaları"
07:05 12 Yanvar 2015
316 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az qaraciyərdən "pirojnaların" hazırlanma qaydasını təqdim edir

Tərkibi:


500 q qaraciyər (istənilən)
1 yumurta
1 soğan
1 yerkökü
1 diş sarımsaq
0,5 ç.q. mərzə (mayoran)
3 x.q. un
duz, istiot

iç:

1 yerkökü
1 soğan
1 diş sarımsaq
şüyüd, göy soğan
duz, istiot
xama
mayonez

Qaraciyərlə soğanı maşından keçirin, yerkökünü sürtgəcin iri gözündən keçirin, yumurta, mərzə, duz, istiot əlavə edin. Yaxşıca qarışdırın. Tavada yağı qızdırın. Qarışıqdan qaşıqla götürüb qaynar yağa qoyun, azca yayın, hər iki üzünü qızardın.
İç: yerkökünü sürtgəcin iri gözündən keçirin, soğanı kubik doğrayın, qovurun. Xama, əzilmiş sarımsaq, duz, istiot vurun, qarışdırın.

Bir "kotlet" götürüb üzərinə iç qoyun, azca doğranmış göy soğan səpin, ikinci "kotleti" üzərinə qoyub mayonez və şüyüdlə bəzəyin.

Nuş olsun!

Resept: vk.com/cookinder

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/kilinariya/317995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR