Ukraynanın Odessa vilayətində kafedə partlayış baş verib.
ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 4-ü ağır olmaqla 8 nəfər xəsarət alıb.
İlkin təhqiqatlara əsasən, partlayışa səbəb qaz sızması olub. Polis faktla bağlı istintaq araşdırması başladıb.
Məlumata görə, hadisə zamanı kafedə 20-ə yaxın müştəri olub. Partlayışın baş verdiyi binaya isə, ciddi ziyan dəyib.
Partlayışdan sonra baş verən yanğın 70 kvadrat metr sahəni əhatə edib.