Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına əsasən simvolik komanda tərtib olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Arsenal" və "Marsel"dən 5 oyunçu heyətdə yer alıb. Londonda komandasını məğlubiyyətdən xilas edən Qrizmann da rəmzi komandaya salınıb.

Avropa Liqası, həftənin rəmzi komandası:

Yohan Pele, Jordan Amavi, Adil Rami ("Marsel"), Şkodran Mustafi, Naço Monreal ("Arsenal"), Dimitri Payet ("Marsel"), Cek Uilşir, Aaron Remzi ("Arsenal"), Florian Toven ("Marsel"), Antuan Qrizmann (Atletico), Aleksandr Lakazett ("Arsenal")

Yarımfinalın cavab oyunları mayın 3-də keçiriləcək.

Milli.Az