Bakıda tibb ocağı bir binanı "xəstə" etdi

Bakıda tibb ocağı bir binanı "xəstə" etdi
08:17 12 Yanvar 2015
229 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda səhiyyə ocağı bir bina sakinlərini istiliksiz qoyub. H.B.Zərdabi prospektində yerləşən 84 saylı binanın sakinləri Milli.Az-a göndərdikləri şikayət məktubunda problemi "Azəristiliktəchizat" ASC-də görsələr də, ancaq problemin səbəbkarı "Şəfa" tibb mərkəzi imiş
Sakinlər məktuda qeyd edirlər ki, noyabr ayından istilik xidmətinə görə bina sakinlərindən vəsait yığılsa da, ancaq bu günəcən istilik enerjisinin verilməsi təmin edilmir.

Son günlər havaların kəskin soyuması isə sakinlərin aqressiyasını qızışdırıb və məsələni daha ciddi qoymağı qət ediblər.

Məslə ilə bağlı “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi ilə əlaqə saxladıq. Rafiq Əliyev Milli.Az-a açıqlamasında problemin əsl səbəbini, ilk öncə, "Şəfa" tibb mərkəzində, sonra isə sakinlərdə gördü:

"Qeyd olunan binanın əvvəl öz qazanxanası olub, ancaq sakinlərin vəsaiti az olduğundan onlar həmin qazanxanadan imtina edib qoşuldular bizim xəttə. Noyabr ayından bu günəcək bina sakinlərinin cəmi 10 faizi lazım olan pulu ödəyib.

Lap sakinlər pul ödəsə belə, istilikləri olmayacaq. Səbəb isə binanın birinci mərtəbəsində yerləşən tibb ocağıdı. Onlar bizim ASC-yə qoşulmaqdan vaz keçdiyinə görə istilik sistemi 16 mərtəbəyə verilə bilməyəcək. Ona görə ki, ilk istilik xətti birinci mərtəbədən digərlərinə qalxır".

Ceyhun Ələkbərov
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR