Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib

Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib
09:37 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 09:33 ]

Bakı - APA-Economics. Bakı dairəvi yolunda sürət həddi dəyişdirilib.

APA-Economics”in məlumatına görə, Bakı dairəvi yolunun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ və orta yol üçün 60 km/saat, sol yol üçün isə 80 km/saat göstərilib.

 

Məlumat üçün bildirək ki, bundan öncə adıçəkilən avtomobil yolunda sürət həddi sağ və orta yol üçün 90 km/saat, sol yol üçün isə 110 km/saat olub.

 

Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.

 

Ehtimal olunur ki, adıçəkilən yolda sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar azaldılıb.

 

Məsələ ilə bağlı müraciət etdiyimiz Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən bildirilib ki, bununla bağlı az sonra açıqlama veriləcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368702

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR