Bakıda qəza törədən polis hadisə yerindən qaçdı

09:37 12 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

İdarə etdiyi avtomobilə nəzarəti itirən sürücü maşını aşırıb
Bakının Binəqədi rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az anspress-ə istinadən bildirir ki, qəza zamanı Azadlıq prospekti ilə Rəsulzadə qəsəbəsi istiqamətində hərəkətdə olan “NISSAN” markalı minik maşını sürücünün nəzarətindən çıxaraq əvvəlcə səkilərə çırpılıb. Sürətin çox olması minik avtomobilinin meylliyi olan yamaca qalxmasına səbəb olub. Bu zaman tarazlığı pozulan “NISSAN” yolun ortasına aşıb. Maşını çevrilmiş vəziyyətdə qoyan sürücü isə ərazidən uzaqlaşmağa müvəffəq olub.

Əraziyə cəlb olunan yol patrul xidmətinin əməkdaşları maşına baxış keçiriblər.

ANS əməkdaşlarının da müşahidələri zamanı bəlli olub ki, avtomobili polis əməkdaşı idarə edirmiş. Bunu deməyə əsas kimi isə maşının içərisində olan xüsusi uniformanı göstərmək olar.

Hadisə yerinin müayinəsi bitdikdən sonra “NISSAN” cərimə dayanacağına aparılmaq üçün evakuatora yüklənib.

Binqədi Rayon Dövlət Yol Polisi İdarəsində aparılacaq araşdırmaların sonunda maşının sahibinin kimliyinə və nə üçün ərazini tərk etməsinə aydınlıq gətiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR