Lənkəranda qadının evi kül oldu

Lənkəranda qadının evi kül oldu
09:47 12 Yanvar 2015
143 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda fərdi yaşayış evi yanaraq kül olub.
 
APA-nın məlumatına görə, hadisə yanvarın 11-dən 12-nə keçən gecə rayonun Digah kənd sakini, 1972-ci il təvəllüdlü Əsmər Adil qızı Şükürovaya məxsus birmərtəbəli, 1-otaqlı fərdi evdə qeydə alınıb.
 
Yanğın baş verən zaman evdə heç kim olmadığından hadisədən xəbər tutan qonşular “101” xidmətinə zəng ediblər.
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi gəlib. Onların səyi ilə güclü alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 20 kv.m olan ev içindəki əşyalarla birlikdə yanaraq kül olub.
 
Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR