4 ildir birlikdə olmaqlarına baxmayaraq, gizli eşq yaşayan aktyor Ceymi Foksla aktrisa Keti Holms Nyu-Yorkda restoranlardan birində görüşüblər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 39 yaşlı aktrisa ilə 50 yaşlı aktyor restorandan çıxarkən paparazzilərə tuş gəliblər.

Cütlük bu dəfə də birlikdə kameraya düşməsin deyə ərazidən tək-tək ayrılıb. Əvvəlcə Keti, daha sonra Ceymi restoranı tərk edib.

Qeyd edək ki, Keti Holms Hollivud ulduzu Tom Kruzla ailəli olub və ondan 10 yaşlı qızı var.

Milli.Az