Avstraliya çempionatının pley-off finalında Melburn Victoria və Newcastle Jest arasında baş tutan matçda maraqlı hadisə yaşanıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Melburn ofsayddan fərqlənsə də, videotəkrar sistemində (VAR) nasazlıq yaşanıb və qol qeydə alınıb. Bu qol Melburn-un 1:0 hesablı qələbə qazanmasına və titula sahib çıxmasına imkan verib. Oyundan sonra Avstraliya Futbol Federasiyası sistemin qoldan 30 saniyə əvvəl dayandığını, yalnız 1 dəqiqə sonra işə düşdüyünü etiraf edib. Qurum bu səhvə görə məğlub komandanın azarkeşlərindən üzr istəyib.

Milli.Az