"Rəvan"ın sabiq baş məşqçisi türk klubunda

"Rəvan"ın sabiq baş məşqçisi türk klubunda
10:12 12 Yanvar 2015
147 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin PTT I Liqasında çıxış edən "Adanaspor"a yeni baş məşqçi təyin olunub. Fanat.az xəbər verir ki, bu vəzifəyə Güvenç Kurtar gətirilib. 


65 yaşlı mütəxəssis səhhətindəki problemlərlə əlaqədar istefa verən Levent Erişi əvəzləyib. Onunla rəsmi müqavilə bu gün bağlanacaq. 


Qeyd edək ki, Güvenç Kurtarın son iş yeri 2014-cü il yanvarın 7-dən mayın 19-dək rəhbərlik etdiyi Azərbaycan "Rəvan" klubu olub. Lakin o, komandanın Premyer Liqada qalmasını təmin edə bilməyib. Ötən mövsümün sonunda turnir cədvəlində axırıncı yeri tutan Bakı təmsilçisi I diviziona enib. Bundan sonra G.Kurtar istefaya göndərilib.//Report


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrvanquotn-sabiq-ba-mqcisi-turk-klubunda-t18723.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR