Türkiyə Futbol Federasiyası "Başakşehir"in futbolçusu Arda Turana ağır cəza verib.
Publika.az xəbər verir ki, 31 yaşlı futbolçu 16 oyunluq cəzaya məruz qalıb.
Buna səbəb yarımmüdafiəçinin Türkiyə Superliqasının 32-ci turunda doğma meydanda "Sivasspor"la oyunda yan xətt hakiminə hücum edərək onu itələməsi olub. Arda Turan həmçinin 19 min TL məbləğində cərimə olunub.
Qeyd edək ki, "Başakşehir" - Sivasspor" oyunu 1:1 hesabı ilə başa çatıb.