Kataloniya klubunun argentinalı forvardı Lionel Messi dünən Primero çərçivəsində "Atletiko"ya qarşı keçirdikləri matçdan (3:1) sonra oyun və komandadakı vəziyyət barədə danışıb.""Barselona"da qalmaq üçün heç bir şərt qoymamışam, çünki getmək fikrim yoxdur".
Milli.Az Sports-a istinadən bildirir ki, o deyib:
"Oyuna əla əhvalda çıxmışdıq, qazanmaq istəyirdik. Cərimə meydançasındakı folum? Hesab etmirəm ki, o, penalti idi.
Komandanı tərk etməyi düşünmürəm. Son vaxtlar danışılan şeylər - məşqçi ilə münasibətlər, "Çelsi"yə keçmək istəyim - hamısı yalandır. Özü də bu yalan daha betər ağrıtdı, çünki o yalanları bu dəfə adətən bizə hücum edən Madrid yox, Barselona KİV-ləri yayırdı.
Komandada qalmaq üçün heç bir şərt qoymamışam, çünki getmək fikrim yoxdur. "Barselona"da hər şey ürəyimcədir".
Milli.Az