Diktator Avropada restoran açır

Diktator Avropada restoran açır
10:27 12 Yanvar 2015
157 Dünya
Ölkə mətbuatı
A- A+

Kim Çen Inın restoran diplomatiyası
Şimali Koreya lideri Kim Çen In Şotlandiyada restoran açır. Milli.Az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.

Şimali Koreya lideri bu üsulla Avropa ölkələri ilə diplomatik münasibətləri sahmana salmaq istəyir.

Koreya Xalq Demokratik Respublikasının rəsmi bloqunun redaktoru da faktı qismən təsdiq edib.

"Kim Çen In bu restoranı açsa, təəccüblənmərəm. Bu yaxınlarda keçirilən referendum göstərdi ki, Şotlandiya əhalisinin əksəriyyəti sol siyasi baxışların tərəfdarıdır. Bu da ölkəni Şimali Koreya lideri üçün cazibədar edib".

Məlumatda həmçinin qeyd olunur ki, Şimali Koreya lideri Hollandiyada da restoran sahibidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR