Yas mərasimində pivə içən şəxslər zəhərlənərək ölüb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Mozambikdə baş verib. Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd olunur ki, pivədən zəhərlənən şəxslərdən 56-sı artıq ölüb. 146 nəfərin müalicəsi isə davam etdirilir.
Hadisəyə səbəb qarğıdalı unundan hazırlanana pivənin içinə timsah ödünün qarışması olub. Pivəni emal edən qadının da ölənlər arasında olduğu bildirilir.