Bakıda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər saxlanılıb

11:02 12 Yanvar 2015
136 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 10:58 ]


Bakı. Fuad Cəfərov -APA. Paytaxtda avaraçılıq və dilənçiliklə məşğul olan 29 nəfər qeydiyyatda olduqları rayonlara göndərilib.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin Post Patrul Xidməti Bölüyünün, Nərimanov Rayon Polis İdarəsinin Post  Patrul Xidməti Bölüyünün 18-ci Polis Bölməsinin, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin, 20-ci Polis Bölməsinin 22 ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər  (7 kişi, 6 qadın, 16 azyaşlı) saxlanılıb. Onların barələrində inzibati qaydada tədbir görülüb, qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR