Parisə yürüşə gələn baş nazir yıxıldı - FOTO

Parisə yürüşə gələn baş nazir yıxıldı - FOTO
11:05 12 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

Danimarkanın baş naziri Helle Torninq-Şmitt Parisdəki anım yürüşündə yıxılıb
“Qafqazinfo” Euronews-a istinadən xəbər verir ki, hadisə baş nazirin Fransa prezidentinin Yelisey iqamətgahından çıxdığı zaman baş verib. Ayağı burxulan Torninq-Şmitt jurnalistlərin onu gözlədiyi sarayın önündə yıxılıb.

Maraqlısı budur ki, bu, Yelisey sarayı qarşısında baş nazirin başına gələn ilk hadisə deyilmiş:

“Bu, artıq ikinci belə hadisədir. Bir dəfə mən bu pilləkanlarda öz ayaqqabımı itirmişdim. Qəribədir... Narahat olmayın, hər şey qaydasındadır”, - deyə baş nazir jurnalistlərə bildirib.

Yıxılan zaman onun yanında ölkənin müdafiə naziri Nikolai Vammen və ədliyyə naziri Mette Frederiksen olub. Onlar Torninq-Şmittə qalxmaqda kömək ediblər.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318542.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR