Rumıniyanın TAROM aviaşirkəti Buxarest-Bakı marşrutu ilə birbaşa aviareyslər həyata keçirməyi planlaşdırır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, aviaşirkət Bakı, Odessa, Tbilisi və Yerevana reyslərin həyata keçirilməsi üçün müraciət edib.
Qeyd olunur ki, reyslərin A318 təyyarəsi ilə həyata keçirilməsi planlaşdırılır.
Milli.Az