Dəfndə faciə: 59 nəfər öldü, 108 nəfər zəhərləndi - FOTO

Dəfndə faciə: 59 nəfər öldü, 108 nəfər zəhərləndi - FOTO
11:37 12 Yanvar 2015
174 Dünya
Ölkə mətbuatı
A- A+

Mozambikdə keçrilən dəfn mərasimlərindən biri faciə ilə başa çatıb. Kütləvi zəhərlənmə nəticəsində 59 nəfər ölüb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Mozambikin şimal-şərqindəki Tete vilayətinin Çitima qəsəbəsində yaşanıb.
 
Mozambiklilərin ənənəvi "Pombe" pivəsindən içən 59 qonaq zəhərlənərək ölüb. 49 qonaq isə çox ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Polisdən verilən məlumata görə, dəfn mərasiminin iştirakçıları qəbristanlıqda olarkən kimsə pivəyə zəhər qatıb.
 
Dəfnə qatılmış 149 nəfər isə qida zəhərlənməsi diaqnozu ilə müalicə olunur.
Tete vilayətinin baş həkimi Karl Mossun dediyinə görə, pivəyə timsah ödünün qatıldığı güman edilir.
 
Pivə nümunələri analiz və tədqiqat üçün paytaxt Moputuya göndərilib.
 
Milli.Az
 




Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318510.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR