"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni qalmaqallı çıxışları ilə yadda qalıb. Seyidcahan onuncu yerə layiq gördüyü Xatunu tanımadığını deyib:
"Ad çəkməyəcəm. Tanımıram maska taxıb Elzaya oxşadır özünü. Mahnısına siz dediniz deyə qulaq asdım".
Bir vaxtlar Xatundan küsən Könül Kərimova haqqında da danışan müğənni sənət dostlarının qisasını hər zaman aldığını vurğulayıb:
"Özümün yox, sənət dostlarımın qisasını hər zaman alıram. Düzdür, Könül Kərimova onu bağışladı. Amma mən bağışlamaram".
Seyidcahan müğənni Ramal İsrafilovu məsxərəyə qoyub və onun mahnısını bəsit adlandırıb:
"Radioda gedəndə səsini alaram. Mən belə mahnılara qulaq asa bilmərəm. Miri Yusifin klipi adidir. Götür kameranı, iki qızı, başını qırx gedək klip çəkək. Elə oxuyur ki, sözlərini başa düşmək olmur".
Elza Elton Hüseynəliyevi yeddinci edərək, onu tərifləyib. İfaçı Xatirə İslamın mahnısındakı qüsurları sadalayıb:
"Azərbaycan musiqisi deyil. Türk orkestri, aranjemana can atılır. Çox bəsit sözlər var: öpdüm, sabah görüşərik".
İfaçı beşinci etdiyi Günay İbrahimlini tənqid edib:
"Ancaq bunu geyinim, onu alım. İddia edir ki, geyimdə geri qalmamalıyam. Vacibdirmi sən bunu geyinəsən?"
E.Seyidcahan Elnarə Xəlilovanı üçüncü edib. Müğənni Damlanın isə şəklini çırıb atıb və onu ikinci edib. Seyidcahan Brilliant Dadaşovanı birinci edib:
"Nəfəsim, canım, şahzadəmizdir. Konservatoriyada oxuyanda o, mənim mahnımı ifa etdi və pul da verdi. Gedib o pula televizor aldım".
Müğənni Tünzalə Ağayevanı isə "Hit-parad"dan uzaqlaşdırıb:
"Bu, intiqam idi. Heç vaxt heç nəyi unutmuram. Tünzalə maşınsız olanda, onu evinə mən aparmışam. Yalçın (prodüser Yalçın Cabbarov - red.) dedi ki, Elza xanım siz Tünzalənin kumirisiniz. İlk gələndə başını bağladı. Sənətdə ilk başını kim bağlayıb?"
Milli.Az