Əməkdar artist Lalə Məmmədova susqunluğunu pozub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla"ya danışan sənətçi Nadir Qafarzadənin onu təkrarçılıqda ittiham etməsinə cavab verib:

"Peşəkar insan heç vaxt bu sözü dilinə alıb deməz. Ona görə incimirəm ki, yəqin peşəkar insan deyil. Musiqi sənəti olan, mənim yaradıcılığımdan xəbəri olan insan o sözü deməməli idi. Əgər müqayisə edirsə, haqqına danışsın".

Nadirin xalq artisti Brilliant Dadaşova və onu barışığa çağırmasına isə sənətçi belə reaksiya verib:

"Barışıq əslində böyüklük deməkdir. Amma elə mövzular var ki, onlar artıq qapanıb. Müzakirə belə edilməyə şansı yoxdur. Gözəl ifaları sevirəm, baxmayaraq ki, onu oxuyan insanla münasibətim var, ya yoxdur. Bəziləri kimi görməzdən gəlmirəm ki, tanımıram, eşitməmişəm. Bu artıq qapanmış mövzudur. Heç bir kinlə əlaqəsi yoxdur".

Məmmədova bir vaxtlar özünü B.Dadaşovaya bənzətməsi haqda da danışıb:

"Hər kəs ilk addımlarını atanda kiməsə bənzəyir. Amma mən sənətə gələndə Elmira Rəhimovanı çox dinləmişəm".

Milli.Az