Bakıda üç nəfərin ölümü ilə nəticələn ağır yol qəzası baş verib

12:07 12 Yanvar 2015
145 Digər
Ölkə mətbuatı
A- A+

[ 12 Yanvar 2015 12:02 ]

Bakı. Fuad Cəfərov - APA. Paytaxtda ağır yol qəzası baş verib.

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol qəzası Buzovna-Maştağa yolunda qeydə alınıb.

 

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Rəşad Yavər oğlu Nurullayevin idarə etdiyi 10-MC-085 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zabit Sərdar oğlu Mayılovun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində R. Nurullayev və sərnişini, 1992-ci il təvəllüdlü Elçin Məhəmməd oğlu Əliyev və “Renault” markalı avtomobildə olan sərnişin Telman adlı şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüblər, Z.  Mayılov isə müxtəlif bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaların pozduqda iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368727

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR