Dairəvi yolda sürət həddi əvvəlki həddə qaytarıldı

Dairəvi yolda sürət həddi əvvəlki həddə qaytarıldı
12:09 12 Yanvar 2015
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı dairəvi yolunda sürət həddi əvvəlki həddə qaytarılıb.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pünhan  Mürsəliyev bildirib.

 

P. Mürsəliyevin sözlərinə görə, bununla da, adıçəkilən yolda sürət həddi əvvəlki kimi sağ zolaq üçün 90 km/saat, sol və orta zolaq üçün isə 110 km/saat olacaq.

 

Qurum rəsmisi əlavə edib ki, sürət həddi ölkə ərazisində hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar olaraq, Baş Dövlət Yol Polisi İdarəsinin müraciəti əsasında məhdudlaşdırılıb.

 

Qeyd edək ki, bundan əvvəl Bakı dairəvi yolunda sürət həddi məhdudlaşdırılıb. Adıçəkilən yolun 2-ci kilometrliyində quraşdırılan elektron tabloda sürət həddi sağ zolaq üçün 60 km/saat, sol və orta zolaq üçün isə 80 km/saat göstərilib.

 

Maraqlıdır ki, Bakı dairəvi yolunun girişində “Avtomagistral” yol nişanı quraşdırılıb. Bu nişan yolda maksimal sürət həddini 110 km/saat həddində müəyyənləşdirir.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190055

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR