İranda yeniyetmələr üçün 3G və 4G–yə məhdudiyyət qoyuldu

İranda yeniyetmələr üçün 3G və 4G–yə məhdudiyyət qoyuldu
12:13 12 Yanvar 2015
161 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 12 yanvar /Trend, müxbir Təmkin Cəfərov /

İranda mobil operatorlar uşaqlar və yeniyetmələr üçün 3G və 4G xidmətlərini məhdudlaşdıran xüsusi sim kartlar satışa çıxaracaqlar. Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata görə, İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Rabitə və Radiotezliklər üzrə Tənzimləyici Təşkilatı yeni qərar qəbul edib və həmin qərara əsasən, butün mobil operatorlar uşaqlar və yeniyetmələr üçün yeni nəsil texnologiyaları məhdudlaşdıracaq sim kartlar satışa buraxmalıdırlar.

Yeni qərara görə, mobil rabitə operatorları 18 yaşından aşağı yeniyetmələr və uşaqlar üçün onların yaş dövrünə uyğun xidmətlər təqdim etməlidirlər. Operatorlar uşaqlar və yeniyetmələr üçün səs, video, SMS, MMS, internet və digər bu kimi xidmətləri idarəetmə funksiyasına malik sim kartlar istehsal etməlidirlər.

Mobil operatorlara 18 yaşından aşağı yeniyetmələrə və uşaqlara adi sim kartların satışı qadağan edilib. Sim kart alıcıları yeniyetmələr və uşaqlar üçün nəzərdə tutulan kartlara istədikləri xidməti əlavə edə və ya məhdudiyyət qoya bilərlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2352069.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR