Qaxda baş verən ana və körpə ölümünün səbəbi açıqlanıb - RƏSMİ

Qaxda baş verən ana və körpə ölümünün səbəbi açıqlanıb - RƏSMİ
12:19 12 Yanvar 2015
171 Ölkə
Ölkə mətbuatı
A- A+

 Azərbaycan Səhiyyə Nazirliyi Qax rayonunda baş verən ana və körpə ölümünün ilkin səbəbini açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin APA-ya verdiyi məlumata görə, Qax rayonu Almalı kənd sakini, 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olarkən üzərində müayinələr aparılıb.

 

A. Qədirli bildirib ki, müayinə zamanı ananın bətnindəki dölün ölü olduğu müəyyənləşib: “Doğuş aparılıb və ölü döl ananın bətnindən çıxarılıb. Doğuşdan sonra ana  tromboemboliyadan dünyasını dəyişib. Ananın öncədən anemiya xəstəliyi olub. Doğuşdan bir neçə gün öncə də anemiyaya qarşı müalicə yazılıb. Qızbəs Ağayevanın ölümünə ilkin səbəb olaraq  tromboemboliya göstərilir. Hazırda meyit təşrihə verilib və ekspertiza aparılacaq. Bütün məlumatlar Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasına verilib və müvafiq araşdırma başlayacaq. Araşdırmadan sonra ana ölümünün dəqiq səbəbi və kimin günahından baş verməsi məlum olacaq".


Qeyd edək ki, hadisə yanvarın 10-da baş verib. 1978-ci il təvəllüdlü Qızbəs Həsənqulu qızı Ağayeva doğuşdan sonra Qax Rayon Mərkəzi Xəstəxanasında ölüb. Üçüncü hamiləliyi olan Q. Ağayeva yanvarın 9-dan 10-na keçən gecə hamiləlik sancıları ilə xəstəxanaya daxil olub. Səhər saat 9.00 radələrində ana təbii yolla doğuş keçirib və uşaq ölü doğulub. Doğuşdan bir saat sonra isə ana dünyasını dəyişib. Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır. 

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190059

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR