Bakı – APA. Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi yerli “Muratpaşa Antalyaspor”la 3-cü dəfə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, ilk iki oyunda uduzan Siyasət Əsgərovun yetirmələri bu dəfə də meydanı məğlub tərk edib.
2-ci liqanın liderlərində olan Antalya klubu bu dəfə 3:1 hesabı ilə qalib gəlib. Bu da yığmamızın ardıcıl ikinci eyni hesablı məğlubiyyətidir.
Qeyd edək ki, ilk oyunda yığmamız 0:2 hesabı ilə uduzmuşdu.