Ən reytinqli türk seriallarının rejissoru Bakıda (FOTO)

Ən reytinqli türk seriallarının rejissoru Bakıda (FOTO)
12:36 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyənin tanınmış rejissoru - “Adını Feriha koydum”, “Umutsuz ev kadınları”, “Bir aşk hikayesi”, “Aşk”, “Hanımın çiftliği”, “Doktorlar” "Güllerin savaşi" kimi reytinq rekordlarına imza atan serialların, eləcə də “Neşeli hayat”, “Beyaz melek”, “Memleket meselesi” kimi filmlərin quruluşçu rejissoru Engin Öztürk Bakıda qonaq olub.

ANS PRESS-in məlumatına görə, Bakıda 2 gün qonaq olan Öztürk hava limanından birbaşa Şəhidlər Xiyabanı və Türk Şəhidlərinin Xatirə Abidəsini ziyarət etməyə yollanıb.

Türkiyəli rejissor Azərbaycanla ortaq serial və filmlər çəkəcəyini bildirib: “Türkiyə Amerikadan sonra film sahəsində 2-ci yerdədir. Təəsüf ki, Azərbaycan bu baxımdan zəifdir. Bunun səbəbi isə yanlış ssenarilərdədir. Ilk növbədə ortaq bir sevgi hekayətindən bəhs edən film çəkmək istəyirəm. Bunun üçün Azərbaycanda güclü ssenarist axtarışındayam”.

Onu Azərbaycanın paytaxtına dəvət edən azərbaycanlı rejissor Gülnarə Aydın Bağırova ANS PRESS-ə açıqlamasında türkiyəli rejissorla yeni layihə üzərində işlədiklərini bildirdi: "E. Öztürk mart ayından başlayaraq Bakıda gənc aktyor və rejissorlara televiziya və seriallar mövzusunda seminarlar keçəcək: “ Seminarlarla yanaşı türkiyənin məşhur aktyorları ilə görüşlər olacaq. Onları həm Bakıda KİV nümayəndələri ilə görüşlərini təşkil edəcəyik, eyni zamanda seminarlarda iştirak edəcəklər. Həmin məşhurlar sırasında indiyədək Türk seriallarından tanıdığınız simalar da olacaq”.

E. Öztürk hazırda Türkiyədə reytin sıralamasında ilk yerləri tutan “Güllərin savaşı” serialı haqqında da danışdı. Rejissor serialda sürpriz olacağını vurğulayıb.






Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=35&nid=319123

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR