Hava mülayimləşir - 11 dərəcə isti olacaq

Hava mülayimləşir - 11 dərəcə isti olacaq
12:39 12 Yanvar 2015
159 Sosial
Ölkə mətbuatı
A- A+

Bakıda və Abşeron yarımadasında yanvarın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə duman  olacaq. Güclü cənub-qərb küləyi səhər güclü şimal-qərb küləyi ilə əvəzlənəcək, axşam mülayimləşəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190064

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR