Məşhur türkiyəli futbolçu Arda Turan həyat yoldaşı Aslıhan Turanla birgə yaşadığı İstanbuldakı evinə milyonlarla pul xərcləməyə davam edir.
Lent.az Gecce.com.tr-yə istinadla bildirir ki, ötən həftə evlərinə 150 min lirəlik xalça alan cütlük bu həftə 50 min lirəlik lüsturlarla medianın diqqət mərkəzinə düşüblər.
Yeni doğulacaq körpələrini qarşılamağa hazırlaşan cütlüyün yeni köçdükləri evlərinə mart ayından bu yana milyonlarla lirə xərclədiyi bildirilir.