Zədəsini bərpa edən Neymar ardıcıl ikinci oyunda Braziliya millisinin heyətində fərqlənib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı forvard Avstriya ilə görüşün 63-cü dəqiqəsində adını tabloya yazdırıb.

Bununla da Neymar millidəki qol sayına görə (55) Romarioya çatıb. Hazırda PSJ-nin forvardı yalnız Ronaldo (62) və Peledən (77) geri qalır.

Milli.Az