Bakıda 26 yaşlı gənci əcəl hamamda haqlayıb.
ANS PRESS-in məlumatına görə, dünən - 11 yanvarda Hövsan qəsəbəsində ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
Qəsəbənin Elşən Qasımov küçəsində kirayəşin qalan gəncin hamamdan çıxmadığını görən ev sahibi Təcili Yardım Stansiyasına zəng vurub. Bağlı qapı arxasında qalan kirayənişin dəm qazından zəhərləndiyi ehtimal etdiyini bildirən 59 yaşlı qadın, özünü də pis hiss etdiyini deyib.
Təcili Yardım əməkdaşları çağırış yerinə gəldikdə kirayənişinin cəsədi artıq hamamdan çıxarılıb. Müayinə zamanı onun ölümü müəyyənləşdirilib.
Cəsəd hüquq-mühafizə orqanlarına təhvil verilib. Ev sahibi isə zəhərlənmə diaqnozu ilə Bakı Kliniki Tibb Mərkəzinin toksikologiya şöbəsinə yerləşdirilib.