Qazaxlar seçim qarşısında: "Simurq", yoxsa "Fənərbağça"?

Qazaxlar seçim qarşısında: "Simurq", yoxsa "Fənərbağça"?
13:22 12 Yanvar 2015
148 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan Qazaxıstan klubu “Atırau” Azərbaycan Premyer Liqa təmsilçisi “Simurq”la qarşılaşa bilər.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Zaqatala klubu qazaxıstanlılar üçün alternativ variantdır.
  
Qazaxıstan mətbuatının iddiasına görə, “Atırau” yoxlama görüşü keçirmək üçün “Simurq” və Türkiyənin güclü komandası “Fənərbağça” arasında seçim edəcək.
 
Maraqlısı isə odur ki, “Simurq”un Antalya toplanışı çərçivəsində qarşılaşacağı bütün rəqiblər bəllidir və həmin komandalar arasında “Aturau”nun adı yoxdur. Təmsilçimiz, plana görə, yanvarın 18-də Qazaxıstanın digər komandası “Irtış”la qarşılaşacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR