Riannanın keçmiş sevgilisinin konsertində atışma (VİDEO)

Riannanın keçmiş sevgilisinin konsertində atışma (VİDEO)
13:41 12 Yanvar 2015
207 Şou
Ölkə mətbuatı
A- A+

Rihannanın keçmiş sevgilisinin konserti zamanı silahlı insident yaşanıb.

ANS PRESS-in məlumatına görə, məşhur repçi Kris Braunun San-Xosedə keçirilən konserti zamanı atışma başlayıb. Repçinin ifası zamanı bir qrup şəxs arasında dava olub və daha sonra atəş səsləri eşidilib.

Bu hadisə konsertə gəlmiş tamaşaçılar tərəfindən telefonlar vasitəsilə kameraya çəkilib. Videoda Riannanın keçmiş sevgilisinin və səhnədə onun yanında duran mühafizəçilərin üzlərindəki şok və təəccübü müşahidə etmək olar. Silah səslərindən sonra mühafizəçilər repçini cəld təhlükəsiz bir yerə aparıblar.

Bu zaman zalda təlaş yaranıb, insanlar qışqırmağa və qaçışmağa başlayıblar. Həmçinin bildirilir ki, beş insan hüquq-mühafizə orqanlarının işçiləri tərəfindən saxlanılıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=319162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR