Rusiya 2014-cü ildə rekord sayda hərbi təyyarə alıb

Rusiya 2014-cü ildə rekord sayda hərbi təyyarə alıb
13:47 12 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya Hərbi-Hava Qüvvələri 2014-cü ildə rekord sayda aviatexnika alıb
APA-nın Rusiyanın BMPD hərbi bloqunda yer alan hesabata istinadən verdiyi məlumata görə, ötən il Rusiya Müdafiə Nazirliyinin balansına 108 müxtəlif tipli təyyarə verilib.

Bunlardan 81-i hərbi, 20-si təlim-məşq, digərləri isə nəqliyyat təyyarələridir.

Mütəxəssislər qeyd edirlər ki, yeni aviatexnikanın alınması baxımından Rusiya Hərbi-Hava Qüvvələri 2014-cü ildə dünyada birinci yeri tutub. 2011-2020-ci illəri əhatə edən dövlət proqramına əsasən, Rusiya Hərbi-Hava Qüvvələrinin balansına 600 yeni təyyarə verilməlidir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318604.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR